
Azərbaycanın daha bir avarçəkəni Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2024" beynəlxalq reqatasında medal qazanıb.
Apasport.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Nurlan Paşayev (2006-2007) akademik avarçəkmə növündə 1500 metr məsafəyə yarışda ikinci olub.
Bununla da Azərbaycanın “Prezident Kuboku-2024”də qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Əlimuradov Hacızadə birnəfərlik kayak qayığı ilə 500 metr məsafədə qızıl, Amil Ramazanov isə 200 metr məsafədə bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, beynəlxalq turnirə mayın 3-də yekun vurulacaq.
- "Mingəçevir reqatası-2024”ün bağlanış mərasimi keçirilib
- Təmsilçilərimiz "Mingəçevir reqatası-2024”də 24 medal qazanıblar
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
- Təmsilçilərimizdən növbəti medallar: 1 qızıl, 1 bürünc
- "Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür"