Nicatdan növbəti heç-heçə
21.04.2024 - 13:00

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşündə heç-heçə edib.
Apasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XIII turda hindistanlı Vidit Santoşla qarşılaşıb. Abasov qara fiqurlarla oynayıb.
Bu nəticədən sonra Abasov 3,5 xalla sonuncu – səkkizinci pillədə qərarlaşıb. Santoş isə 5,5 xalla altıncıdır.
Qeyd edək ki, yarış sabah – aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Azərbaycan çempionatının final oyunları başlayır
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib
0
0