Süleymanlı Niderlandda ikinci oldu
03.02.2025 - 00:53

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri başa çatıb.
Apasport.az xəbər verir ki, Aydın Süleymanlı "Challengers" yarışının son turunda rumıniyalı İrina Bulmaqaya qalib gəlib.
Azərbaycan şahmatçısı 13 turdan sonra 9,5 xal toplayıb və Çexiya təmsilçisi Tay Nquenlə 1-2-ci yerləri bölüşdürüb. Amma əlavə göstəricilərə görə Süleymanlı ikinci olub.
Hesabına yeddi qələbə yazdıran 19 yaşlı şahmatçımız beş oyunda heç-heçə edib və yalnız bir dəfə uduzub.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Azərbaycan çempionatının final oyunları başlayır
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib
0
0