Karen Xaçanov ispaniyalı tennisçidən üstün oldu
28.04.2024 - 20:44

Karen Xaçanov Madriddə keçirilən turnirdə adını üçüncü dövrəyə yazdırıb.
Apasport.az xəbər verir ki, rusiyalı tennisçi ispaniyalı Roberto Bautista Aqutu üstələyib.
İlk set ispan tennisçinin payına düşüb (6:3), sonrakı 2 setdə Xaçanov güclü tərəf olub. Yekun nəticə 3:6, 6:3, 7:5 olub. Qarşıdurma 2 saat 26 dəqiqə davam edib.
Üçüncü turda Xaçanov, Nikolas Harri - Flavio Kobolli cütünün qalibi ilə qarşılaşacaq.
0
0