Vondrouşovadan tarixi qələbə
15.07.2023 - 20:57

Uimbildon-2023 tennis turnirində qadınların yarışında qalib müəyyənləşib.
Apasport.az-ın məlumatına görə, Marketa Vondrouşova “Böyük Dəbilqə”də ilk uğurunu qazanıb.
Çexiyalı tennisçi finalda Ons Jaberi məğlub edib. Hər iki set eyni hesabla başa çatıb – 6:4, 6:4. Vondrouşova Uimbildonda 1968-cı ildən sonra səpələnməmişlər arasından çempion adını qazanan ilk qadın tennisçi olub. Bu qələbə ona reytinq cədvəlində ilk onluğa girmək şansı yaradıb.
Qeyd edək ki, Marketa 2019-cu ildə Rollan Qarrosun finalında Eşli Bartiyə uduzub.
0
0