Skamakka 36 milyona satıldı
25.07.2022 - 00:00

Canluka Skamakka “Vest Hem”ə keçib.
Apasport.az saytının məlumatına görə, bunu “Sassuolo”nun baş direktoru Covanni Karnevali açıqlayıb.
O bildirib ki, hücumçu İngiltərə klubuna transfer olunub. Skamakka 36 milyon avroya klubunu dəyişib.
“Sassuolo” daha 6 milyon bonus əldə edə bilər. Həmçinin onun gələcək transferindən 10 faiz də italiyalılara çatacaq.
Qeyd edək ki, hücumçu ötən mövsümün 38 oyununda 16 qol vurub.
0
0