
“Qarabağ”a gəlişimlə yeni şeylər öyrəndim”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə deyib.
Kabo verdeli futbolçu “Qarabağ”dakı ilk mövsümünü uğurlu hesab edib. 23 yaşlı hücumameylli oyunçu Ağdam klubu ilə daha çox nailiyyətlər əldə etmək arzusunda olduğunu bildirib: “Buradakı ilk 6 ayı uğurlu saymaq olar. İndi də qazandığımız çempionluğun dadını çıxarırıq. Ümid edirəm ki, ardı gələcək. Bu hələ başlanğıcdır. Məqsədim “Qarabağ”la daha çox titullar qazanmaq, öyrənmək, inkişaf etməkdir”.