Renat Türkiyə klubundan ayrılıb
20.02.2025 - 09:13

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Ankaragücü" ilə müqaviləsini ləğv edib.
Apasport.az xəbər verir ki, bu barədə "Sports Digitale" nəşri məlumat yayıb.
25 yaşlı hücumçu yanvarın sonunda Türkiyə klubunun əsas komandasından kənarlaşdırılmışdı.
Qeyd edək ki, Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu.
0
0