Cüdoçularımız hazırlığı Daşkənddə davam etdirir
06.03.2024 - 23:27

Cüdoçular Daşkənddə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Apasport.az xəbər verir ki, martın 4-dən etibarən Daşkənd Böyük Dəbilqə turnirindən dərhal sonra böyüklərdən ibarət milli yığma komandanın 8 üzvü Özbəkistanda keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Martın 8-dək keçiriləcək hazırlıq prosesi qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
0
0