"Neftçi" Olanare ilə yollarını ayırdı
06.01.2024 - 19:52

"Neftçi"də ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Ağ-qaralar" Aaron Olanare ilə yollarını ayırıb. Nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Olanare "Neftçi" formasıyla çıxdığı 15 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldı.
0
0