Rahil Məmmədov Polşada debüt etdi
13.02.2024 - 00:29

Polşa çempionatında 19-cu turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Rahil Məmmədovun çıxış etdiyi LKS “Korona”nın qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:1. Həmyerlimiz matça start heyətində çıxıb. O, oyunu əvəz olunmadan başa vurub.
Qeyd edək ki, LKS 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.
0
0