Millimizin rəqibindən qələbə
26.03.2024 - 00:36

Millətlər Liqası turnirinin C Liqasında Azərbaycan millisinin rəqiblərindən olan İsveç növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda yoldaşlıq oyununda Albaniya yığması ilə qarşılaşıb.
Görüş skandinaviyalıların qələbəsi ilə nəticələnib. “Friend Arena”da keçirilən oyunun taleyini 1 qol həll edib. Qustaf Nilsson qələbə topunun müəllifi olub.
Qeyd edək ki, İsveç komandası martın 21-də yoldaşlıq oyununda Portuqaliya yığmasına 2:5 hesabı ilə uduzub.
0
0