Qadın şahmatçılarımızdan qələbə
16.09.2024 - 22:51

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Apasport.az xəbər verir ki, qadınlardan ibarət yığmamız Vyetnamla üz-üzə gəlib.
Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb. Yığmamız Vyetnam üzərində qələbə qazanıb - 1,5:2,5.
Vyetnam – Azərbaycan - 1,5:2,5
Le Thao Nguyen Pham – Günay Məmmədzadə - 1:0
Ti Kim Pung Wo - Ülviyyə Fətəliyeva - 0:1
Phuong Luong – Gövhər Beydullayeva - 0:1
Ngoc Duong Bac – Xanım Balacayeva - 0,5:0,5
0
0