“Qalatasaray” Viktor Osimheni belə açıqladı - VİDEO
04.09.2024 - 20:16

"Qalatasaray" Viktor Osimheni heyətinə qatdığı rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, forvard 2024/25 mövsümündə Superliqada çıxış edəcək.
İstanbul təmsilçisi 25 yaşlı oyunçuya sezon üçün 6 milyon avro ödəyəcək.
Qeyd edək ki, daha öncə "Napoli"də çıxış edən nigeriyalı 108 matçda 65 qol vurub.
0
0