Balaca Ronaldodan Ronaldosayağı qol sevinci - VİDEO
14.04.2022 - 14:11

Kriştiano Ronaldonun oğlu “Mançester Yunayted”in U-12 komandasında qol vurub.
Apasport.az saytının məlumatına görə, balaca Kriştiano Ronaldo beynəlxalq turnirdə fərqlənib.
O, komandasının 5:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada rəqib qapısına yol tapıb. Gənc futbolçu Ronaldosayağı qol sevinci ilə diqqət çəkib.
Qeyd edək ki, 37 yaşlı ata Ronaldo ötən yaydan Mançester təmsilçisinin formasını geyinir.
0
0