
Azərbaycanlı şahmatçı Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" beynəlxalq şahmat turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, təmsilçimiz turnirin “Challengers” yarışında mübarizə aparacaq.
O, Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Bencamin Bok, Ervin L'Ami, Artur Peipers (hamısı Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) ilə qarşılaşacaq.
İlk turda A.Süleymanlının rəqibi yerli şahmatçı Bencamin Bok olacaq.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Azərbaycan çempionatının final oyunları başlayır
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib