Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
17.04.2024 - 10:52

Kanadada keçirilən şahmat üzrə İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri baş tutub.
Apasport.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə olduğu kimi, rapid yarışında da qalib adını qazanıb.
Qeyd edək ki, Şəhriyar Torontoya təmsilçimiz Nicat Abasovun sekundant-məşqçisi qismində yollanıb.
- Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Azərbaycan çempionatının final oyunları başlayır
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
- Təmsilçimiz iranlı şahmatçını məğlub edib
0
0