
Rollan Qarros tennis turnirində qadınların mübarizəsində qalib müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, polşalı tennisçi İqa Şvyontek titulu qoruyub.
2020 və 2022-ci ildə Parisdə qələbə qazanan İqa finalda bu dəfə Karolina Muxovanı məğlub edib. Üç setdə üstün olan polşalı karyerasında “Böyük Dəbilqə” yarışlarında dördüncü uğurunu əldə edib. O, 2022-ci ildə US Opendə bütün rəqiblərindən üstün olmuşdu.
Qeyd edək ki, Şvyontek Rollan Qarrosda üç və daha çox qələbə qazanan 8-ci tennisçi olub.
Rollan Qarros
Final, qadınlar
İqa Şvyontek (Polşa) – Karolina Muxova (Çexiya) – 2:1 (6:2, 5:7, 6:4)