Uimbildonda qalib bəlli olub
14.07.2024 - 10:10

Uimbildon turnirində tək qadınların yarışında qalib müəyyənləşib.
Apasport.az xəbər verir ki, finalda Jasmin Paolini ilə Barbora Kreyçikova üz-üzə gəlib.
2021-ci ildə Fransada çempion olduqdan sonra karyerasının ikinci grand slam finalına çıxan Kreyçikova bu dəfə də qələbə sevinci yaşayıb.
İlk set çex raketka ustasının 6:2 hesabı ilə xeyrinə başa çatıb. İkinci seti eyni hesabla Paolini qazanıb. Final setini 6:4 hesablı qələbə ilə bitirən Kreyçikova qarşılaşmanı qalib başa vurub.
Qeyd edək ki, Paolini – Kreyçikova qarşılaşması 1 saat 56 dəqiqə davam edib.
0
0