"Barselona"nın qış "transfer pəncərəsi" üçün planları müəyyənləşib
18.12.2024 - 10:35

La Liqa təmsilçilərindən "Barselona"nın qış "transfer pəncərəsi" üçün planları bəlli olub.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi hazırkı heyəti mövsümün sonuna qədər saxlamaq niyyətindədir.
Fövqəladə hallar yaranmasa, "Barselona" yanvarda futbolçu alqı-satqısından imtina edəcək.
Kataloniya klubu hazırda La Liqanın turnir cədvəlinə 38 xalla başçılıq edir.
0
0