“Bolonya” 60 ildən sonra Çempionlar Liqasında çıxış edəcək
13.05.2024 - 14:08

İtaliya A Seriyasında 36-cı turun görüşləri keçirilir.
Apasport.az xəbər verir ki, səfərdə "Napoli"ni məğlub edən "Bolonya" tarixi uğura imza atıb. "Göy-qırmızılar" son iki turun nəticəsindən asılı olmayaraq mövsümü ilk beşlikdə bitirməyi təmin edib.
Bununla da "Bolonya" 60 ildən sonra Çempionlar Liqasında iştirak edəcək. Onlar sonuncu dəfə 1963-64 mövsümündə o vaxtki adıyla Çempionlar Kubokunda çıxış edib.
0
0