Neymar “Santos”a qayıtdı - video
31.01.2025 - 22:20

"Santos" Neymarın transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, klubun rəsmi saytı bununla bağlı videoçarx paylaşıb.
Çarxın sonunda "Şahzadə qayıtdı" sözləri yer alıb.
Neymar "Santos"un heyətində 10 nömrəli formanı geyinəcək.
"Əl-Hilal"dan ayrılan 32 yaşlı futbolçu doğma klubuna qayıdıb.
Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə "Santos"un şərəfini qoruyub. O, komandanın heyətində 225 oyunda 136 qol vurub, 64 ötürmə verib.
0
0