Təmsilçimiz Çempionlar Liqasına qələbə ilə başladı
05.09.2024 - 18:51

Azərbaycanın minifutbol komandası "AzNur" Çempionlar Liqasında mübarizəyə start verib.
Apasport.az xəbər verir ki, təmsilçimiz Polşanın paytaxtı Varşavada "Les Piopio" ilə qarşılaşıb.
"Aznur" Fransa klubunu 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sentyabrın 6-da keçiriləcək.
0
0