
Türkiyə Super Liqasında iyunun 24-də başlayan transfer dövrü rəsmən başa çatıb.
Apasport.az xəbər verir ki, klublar qış "transfer pəncərəsi"nə qədər yeni transfer edə bilməyəcək.
Qış transfer dönəmi isə 13 yanvar 2025-ci ildə başlayacaq və 11 fevral 2025-ci ildə tamamlanacaq.
Yaya "transfer pəncərəsi"ndə Super Liqada baş tutan keçidləri təqdim edirik:
"Fənərbaxça": Allan-Sant Maksimin, Yusuf En-Nesri, Çağlar Söyüncü, Oğuz Aydın, Sofyan Amrabat, Levent Mercan, Cenk Tosun, Filip Kostiç.
"Beşiktaş": Emirhan Topçu, Feliks Udokhai, Rafa Silva, Ciro İmmobile, Qabriel Paulista, Cher Ndour, Joao Mario, Can Keleş.
"Qalatasaray": Mişi Batşuayi, Elias Jelert, Roland Sallai, Viktor Osimhen, İsmayıl Yakobs, Qabriel Sara.