Paris-2024: Parataekvondoçumuz yarımfinalda!
29.08.2024 - 16:39

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn (6:5) Zeynalov yarımfinala yüksəlib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
0
0