Taekvondoçularımız Serbiyada 2 medal qazanıb
15.04.2024 - 13:17

Taekvondoçularımız Serbiya açıq çempionatında 2 medal qazanıb.
Apasport.az xəbər verir ki, Belqradda taekvondo üzrə Serbiya açıq çempionatı keçirilib. Azərbaycan millisi G2 kateqoriyalı yarışı 2 medalla başa vurub.
Komandamızın heyətində Taleh Süleymanov (+87 kq) finala kimi uğurla irəliləyib. Yalnız həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib. Səyyad Dadaşov (54 kq) isə Serbiya açıq çempionatını bürünc mükafatla başa vurub.
0
0