Coşqun oynadı, komandası qələbə qazandı
02.03.2024 - 00:26

Türkiyədə birinci liqanın 25-ci turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” doğma meydanda “Altay”la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Diniyev 63-cü dəqiqədə meydana daxil olub. Hazırda "Ümraniyespor" 30 xalla 12-ci pillədə qərarlaşıb.
0
0