“Fənərbaxça”nın futbolçusu İtaliya yolunda
21.01.2025 - 13:34

Türkiyə millisinin və “Fənərbaxça”nın futbolçusu İsmail Yüksek karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçilərindən “Kalyari” 25 yaşlı futbolçu ilə maraqlanır.
İstanbul klubunun yarımmüdafiəçisi qış “transfer pəncərəsi” zamanı “Kalyari”yə keçə bilər. Bu qış alınmasa, italyanlar yayda onunla müqavilə imzalamağa çalışacaq.
Yüksek 2020-ci il avqustun 19-da “Bursaspor”dan “Fənərbaxça”ya keçmişdi. Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
0
0